"SKA-Xabarovsk" baş məşqçi Sergey Yuranla yollarını ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Onun müqaviləsinə xitam verilib.
"Simurq"un sabiq baş məşqçisi iki həftə əvvəl “SKA-Xabarovsk”la 1 illik müqavilə imzalamışdı. Amma tərəflər sonradan müəyyən məsələlərdə ortaq məxrəcə gələ bilmədiyi üçün yollar ayrılıb.
Yuran 2011-ci ilin yayından 2012-ci ilin fevralına kimi "Simurq"da işləmişdi.
saytlarin hazirlanmasi
