Arda Turan ən yaxşı baş məşqçi seçildi

20:31 - 14 İyun 2026

Ukrayna Premyer Liqasında 2025/2026 mövsümünün ən yaxşı baş məşqçisi açıqlanıb.

Sportal.az xəbər verir ki, "Şaxtyor"un türk çalışdırıcısı Arda Turan bu ada layiq görülüb.

Belə ki, onun baş məşqçisi olduğu Donetsk klubu Ukrayna çempionu adını qazanıb.

Əlavə edək ki, Arda Turanın komandası UEFA Avropa Konfrans Liqasında da yarımfinala qədər irəliləmişdi.

Xəbər xətti