"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi bəlli oldu

20:08 - 18 İyun 2026

Bu gün qadınların Çempionlar Liqasında ilk mərhələnin püşkatma mərasimi təşkil olunub.

Sportal.az xəbər verir ki, püşkün nəticəsinə görə, ardıcıl üçüncü dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Neftçi” bu mərhələdə Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq.

“Buduçnost”la oyun iyulun 22-də keçiriləcək. Cütün qalibi iyulun 25-də PAOK – “Hapoel Yerusalem” cütünün qalibi ilə, uduzan komanda isə məğlubu ilə üz-üzə gələcək.

Xəbər xətti