Elvin Camalovun “Neftçi” karyerası davam edəcək.
Sportal.az xəbər verir ki, 31 yaşlı dayaq yarımmüdafiəçisi ilə yeni 1+1 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş Camalov bu müddətdə 28 rəsmi oyun keçirib, 1 qol vurub.
