"Neftçi"nin rəqibləri bəlli oldu

22:52 - 30 İyun 2026

“Neftçi”nin Sloveniyada təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" iyulun 2-də “ÇFR Kluj” (Rumıniya), 6-da “Partizan” (Serbiya), 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) klubları ilə qarşılaşacaq.

Bütün matçlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) başlanacaq.

Xəbər xətti