"Mançester Siti" Rodrinin transferində "Barselona"ya güzəşt etməyəcək

22:51 - 8 Avqust 2026

"Mançester Siti" “Barselona”ya Rodrinin transferi ilə bağlı güzəşt etmək niyyətində deyil.

Sportal.az xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, yarımmüdafiəçi"Barselona"ya keçmək istəyir və bu barədə İngiltərə klubunun rəhbərliyini məlumatlandırıb. Kataloniya təmsilçisi bonuslar da daxil olmaqla 45 milyon avrodan çox təklif irəli sürüb, lakin “Mançester Siti” bu təklifi rədd edib.

ESPN-in məlumatına görə, “şəhərlilər” “Qızıl top”un sahibi Rodrini 70 milyon avrodan çox qiymətləndirir.

“Mançester Siti” futbolçunu komandada saxlamaq üçün məcbur etməyəcək, çünki narazı futbolçu ilə yolları davam etdirmək istəmir. Bununla belə, klub “Barselona”ya güzəşt etməyə də hazır deyil. Tərəflər arasında danışıqlar davam edəcək.

Xəbər xətti