"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.
Qarşılaşmadan bir gün əvvəl - avqustun 19-da keçiriləcək konfrans saat 11:00-da başlayacaq.
Tədbir “Azersun Arena”da təşkil olunacaq.
Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu avqustun 20-də Niderlandın Enşede şəhərindəki “De Qrolş Veste” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi
