"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının 1-ci turunda “Şamaxı” üzərində 3:1 hesabı ilə qazandığı qələbəni şərh edib:
"Bu, mövsümün ilk oyunu idi, ona görə də vacib sayılırdı. “Şamaxı” üzərində qələbə həm üç xal, həm də Konfrans Liqasında qarşıdakı oyunlar üçün vacib idi. “Şamaxı” matçının müsbət və mənfi cəhətlər var idi. MPL mövsümünün ilk oyunu olduğunu nəzərə alsaq, səhvlər normaldır. İnanıram ki, "Tvente"yə qarşı yaxşı oynayacağıq. Keçmişdə də bu cür güclü komandaları məğlub etmişik. İnanıram ki, uğur qazanacağıq, əks halda, Bakıda qalardıq".
Monteneqrolu həmçinin Türkiyənin "Çorum" klubuna keçəcəyi ilə bağlı yayılmış xəbərlərə belə münasibət bildirib:
"Mənim hazırda "Qarabağ"la müqaviləm var. Bu klubun futbolçusu olaraq da qalıram".
saytlarin hazirlanmasi
