Azərbaycanda legioner həyatı yaşamış polşalı Lukaş Sapela Sportal.az saytına açıqlama verib.
Premyer Liqamızda "Rəvan"ın qapısını qorumuş Sapela hazırda ölkəsində məşqçi kimi fəaliyyət göstərir.
O, Polşada yaxşı çıxış edən Mahir Emrelinin performansı haqda bunları deyib:
"Emreli haqda danışmaq çox xoşdur və asandır. O, artıq 10 oyun keçirib və 5 qol vura bilib. "Rakuv"da olduqca yaxşı performans göstərir, yaxşı start götürüb, qollarını sıralayır. "Hayduk"la görüşlərdə də qollarını vurdu. Təəssüf ki, komanda "Hayduk" səddini keçə bilmədi. Mahirdən söhbət gedirsə, görünür ki, o, "Rakuv"da özünü çox yaxşı göstərir və istədiyi yeri tapıb, onun üçün hər şey əla alınır. Əminəm ki, Mahir qollarına yenə də davam edəcək, bu mövsüm Ekstraklassada çoxlu qollar vuracaq. Liqanı da çox yaxşı tanıyır, əvvəl də burada yaxşı performans göstərib. Yeri gəlmişkən, sizin çempion “Sabah”ın Çempionlar Liqasını düşməsinə görə təbrik edirəm. Komanda əla performans nümayiş etdirdi. Tarixi nailiyyətdir. Çünki təsnifat mərhələlərini də çox uğurlu keçdilər. Ən yüksək səviyyədəoynadılar. Orada da həmyerlim Timoteş Puxaç da oynayır. Həm komandanı, həm də onu təbrik edirəm. Puxaç da yaxşı karyerası var, “Sabah”da da yaxşı karyera qurur özünə. Bu cür möhtəşəm nailiyyət əldə edən komandanın bir parçasıdır. O da daxil olmaqla komandasına uğurlar arzulayıram”.
saytlarin hazirlanmasi
