"Beşiktaş" müdafiəçi transfer etdi - RƏSMİ

09:21 - 3 Sentyabr 2026

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Alanyaspor"dan Ümit Akdağı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rumıniya U-21 millisinin sabiq üzvü ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ümit Akdağ 20170ci ilin yayında "Çelsi"nin akademiyasından "Alanyaspor"a qoşulub. 22 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə Super Liqada 3 matçda meydana çıxıb.

Xəbər xətti