"Sabah"dan "Barselona"nı BOS-da qəbul etməklə bağlı AÇIQLAMA

18:04 - 3 Sentyabr 2026

Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqla böyük nailiyyət əldə edən "Sabah"ı qarşıda maraqlı oyunlar gözləyir. Azarkeşlər Bakıda "Barselona"nı görmək istəyindədilər. Çünki ölkəmizdə bu klubun kifayət qədər tərəfdarları var.

Maraqlıdır ki, "Sabah" bütün ev matçlarını Tofiq Bəhramovda keçirəcək, yoxsa "Barselona" kimi rəqibi 68 min azarkeş tutumu olan Bakı Olimpiya stadionunda qəbul etmək kimi planları var. Sportal.az saytına açıqlama verən "Sabah"ın mətbuat katibi Elnur Həmidov məsələ ilə bağlı bunları deyib: 

"Hazırda bu istiqamətdə hələ ki yenilik yoxdur. Klub olaraq azarkeşlər üçün ən yaxşı variantın seçilməsi üçün çalışırıq. Çempionlar Liqasında ev oyunlarımızı hansı stadionda keçirəcəyimizlə bağlı məsələ dəqiqləşən kimi bu barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik".

Qeyd edək ki, "Sabah" Liqa mərhələsində "Barselona", "Mançester Yunayted", "Borussiya" Dortmund, "Slaviya", "Vikinq", "Vilyarreal", "Napoli" və "Arsenal"la qarşılaşacaq. "Barselona"ya qarşı oyun bu il noyabrın 25-də Bakıda olacaq.

Xəbər xətti