"Zirə" braziliyalını transfer etdi

21:13 - 3 Sentyabr 2026

"Zirə" növbəti transferini həyata keçirib.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Portuqaliyanın “Çaveş” klubundan Talisson Moreyra Reys “Ktatau”nu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı braziliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Zirə” bu yay Amin Seydiyev (“Sabah”), Maykon Kleyton (“Portimonense”, Portuqaliya), Vierinya (“Olimpiakos”, Nikosiya Kipr), Ayxan Hüseynov (“Turan Tovuz”), Hüseynəli Quliyev (“İmişli”), Kris Diqbeu, Dameyn Smit və Dimitri Leqbonu da heyətinə qatıb.

Xəbər xətti