"Real"ın Çempionlar Liqası heyəti - fransalı müdafiəçi kənarda qaldı

00:18 - 4 Sentyabr 2026

Ferlan Mendi ən azı qışa qədər Çempionlar Liqasında oynaya bilməyəcək.

Sportal.az xəbər verir ki, UEFA “Real”ın turnir üçün sifariş ərizəsini açıqlayıb və fransalı müdafiəçiyə heyətdə yer tapılmayıb.

31 yaşlı futbolçu mayın ortalarında bud nahiyəsindən əməliyyat olunub və onun bərpasının 4-5 ay çəkəcəyi gözlənilirdi. Ötən mövsüm o, La Liqada 5 oyunda iştirak edib.

“Real” Çempionlar Liqasında ilk oyununu sentyabrın 8-də “İnter”ə qarşı keçirəcək.

Xəbər xətti