Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç Bakıya gələcək.
Bu barədə veteran futbolçu Sportal.az-a məlumat verib.
O, “Neftçi”yə görə öz təşəbbüsü ilə Bakıya təşrif buyuracaq. Belə ki, Subaşiç “Neftçi”nin “Şəfa”ya qarşı keçirəcəyi çempionat matçını stadiondan canlı izləmək üçün bu addımı atıb.
"Neftçi” Misli Premyer Liqasının 4-cü turu çərçivəsində sabah “Şəfa” ilə qarşılaşacaq.
Əlavə edək ki, Subaşiç “Jeleznik”, “Ooestende”, “Çernomorets”, “Amkar” klublarında oynadıqdan sonra 2005-ci ildə “Neftçi”yə keçmiş və 3 il bu klubda çıxış etmişdi.
“Srvena Zvezda”, “Çançun Yatay”, “Qəbələ”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Orduspor”, “Manisaspor”, OFK klublarıın formasını geyinmiş Subaşiç hazırda Monteneqroda yaşayır və bizneslə məşğuldur.
Mirbağırağa
