"Kəpəz"in zədəli futbolçusunun durumu açıqlandı

18:07 - 22 Sentyabr 2026

Misli Premyer Liqasında "Sumqayıt"la görüşü yarımçıq dayandıran "Kəpəz"in yarımmüdafiəçisi Əli Səmədovun durumu bəlli olub.

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçunun sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb

Qarşıdakı 2-3 həftədə yaşıl meydançalardan kənarda qalacaq futbolçu növbəti turda "Araz-Naxçıvan"la oyunu buraxa bilər.

Qeyd edək ki, Əli Səmədov cari mövsümdə "Kəpəz"in heyətində 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti