Bu gün Misli Premyer Liqasında 11-ci turun növbəti görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, günün ilk oyunu"Şəfa" və "Araz-Naxçıvan" arasında baş tutub. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
“Qəbələ” isə “Zirə”nin qonağı olub. Burada meydan sahibləri qələbəyə sevinib.
Misli Premyer Liqası
XI tur
7 noyabr
16:00 "Şəfa" – "Araz-Naxçıvan" 2:2
Qollar: Bafode Dansoko, 6, Ağcabəyov, 39 - Ağadadaş Salyanskiy, 35, Mohamed Mara, 43
“SOCAR Polymer Arena”
18:30 "Zirə" - "Qəbələ" 2:1
Qollar: Davit Volkov, 11, Kris Diqbeu, 89 - İsmael Akinade, 14
Zirə İK stadionu
