Zaqatala təmsilçisi hazırlıqlarının 3-cü mərhələsinə başladı
"Simurq" klubu dünən günorta saatlarında hazırlıqların üçüncü mərhələsinə start vermək üçün Avstriyaya gəlib.
Sportal.az xəbər verir ki, Tirol şəhərində yerləşən "Kayzer" otelində məskunlaşan aqatala təmsilçisi axşam saatlarında dörd günlük istirahətdən sonra məşqləri bərpa edib. Qaçış və isinmə hərəkətlərindən sonra 2 qrupa bölünərək "kvadrat"la hazırlıq davam edib. Sonda isə kiçik qapılarda ikitərəfli oyunla məşq tamamlanaraq, futbolçulara istirahət verilib.
Ötən mövsüm "Simurq"la müqaviləsinin müddəti bitdiyinə görə Zaqatala təmsilçi ilə yollarını ayıran Stepan Polyak isə yenidən "Simurq"a dəvət edilib. Artıq təcrübəli futbolçu komanda ilə məşqədə çıxıb.
saytlarin hazirlanmasi