"Simurq" "Olimpiakos"la oyuna hazırdı FOTOREPORTAJ

12:08 - 16 İyul 2013

Georgi Çixradzenin yetirmələri Yunanıstan nəhənginə qalib gələcəkmi?
 
Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən "Simurq" günü iki məşqlə tamamladı.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səhər hazırlığında isinmə hərəkətlərindən sonra texniki təmrinlərə keçildi. Qısa ötürmələr və toplu çalışmalardan sonra futbolçular mövqelərinə görə bölünərək məşqçilər korpusunun müxtəlif tapşırıqlarını yerinə yetirdilər. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlandı. 
 
Axşam saatlarında keçirilən məşq isə xüsusən sabahkı "Olimpiakos"la keçiriləcək yoldaşlıq görüşünə hazırlıq məqsədi daşıyırdı. Əvvəlcə baş məşqçi Georgi Çixradze yetirmələrini ətrafına yığaraq onlarla qısa söhbət elədi. Daha sonra futbolçular iki qrupa bölünərək həndbol oynadılar. Bundan sonra isə taktiki təmrinlər yerinə yetirildi. Qrup halında "kvadrat" oynadıqdan sonra isə cinahlardan hücumların təşkilinə keçildi. Cərimə meydançasına asmalar üzərində məşq edildi. Hazırlığın sonunda baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında cərimə zərbələrindən müxtəlif ev tapşırıqları hazırlandı. 
 
Bugünkü hazırlığı klubun vitse-prezidenti Aydın Rizayevdə yaxından izləyirdi. 
 
Bununla "Simurq" Avstriyadakı üçüncü hazırlıq günündə tamamlayaraq istirahətə çəkildi. Sabah Zaqatala təmsilçisi Avstriya toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxacaq. Rəqib, Yunanıstanın son çempionu "Olimpiakos" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:30-da start götürəcək. 
 
 

Xəbər xətti