Georgi Çixradze: "Biz isə xüsusən birinci hissədə pis görünmədik"
Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirən “Simurq”, “Olimpiakos”la görüşdə 2:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın baş məşqçisi Georgi Çixradze oyun haqqında fikirlərini klubun rəsmi saytı ilə bölüşüb:
“Güclü rəqiblə görüş bizim baxımımızdan çox yaxşı sparrinq oldu. Bu mərhələdə özümüzü yoxlaya bildik. Oyun haqqında isə onu deyə bilərəm ki, “Olimpiakos” yüksək səviyyəli komandadır. Hər il Çempionlar Liqasında mübarizə aparır. Biz isə xüsusən birinci hissədə pis görünmədik. Rəqib demək olar ki, bizə qarşı eyni səviyyəli üç heyətlə mübarizə apardı. Hər yarımsaatdan bir dəyişiklik edirdilər. Əlbəttə ki, bizim komandamız isə hələ tam formalaşmayıb. Məğlub olmağımıza baxmayaraq, bu mənzərədən demək olar ki, ilk hissədə penaltidən yararlana bilməsək də, yaxşı oyun göstərdik. Düşünürəm ki, əsas heyəti qurmaq prosesini davam etdirməliyik. Seleksiya işləri hələ başa çatmayıb”.
Gürcü mütəxəssis hansı mövqelərə yeni futbolçuların transfer edilməsi ilə bağlı sualı belə cavablandırıb:
“Bizə hazırda hücumçu, mərkəz yarımmüdafiəçisi və mərkəz müdafiəçisi lazımdır”.
O, həmçinin hazırda baxışda olan Eudi Silvanın oyununu da dəyərləndirib:
“Eudis demək olar ki, bu gün özünü pis göstərmədi. Ancaq düşünürəm, o, hələ tam potensialını ortaya qoya bilmədi. Çünki hazırda “Olimpiakos” kimi güclü rəqibə qarşı oynamağa hazır deyil. Hansı ki, tezliklə Çempionlar Liqasında mübarizə aparacaq. Hazırlığı fonunda onun yaxşı vəziyyətləri olsa da, tam səviyyəsini göstərə bilmədi”.
saytlarin hazirlanmasi