"Biz öz doğma meydanımızda bunu bacararıq"
"Xəzər Lənkəran"ın müdafiçisi Adrian Skarlatakenin Sportal.az saytına müsahibəsi
- “Makkabi”yə 0:2 hesabı ilə məğlub oldunuz. Oyun haqqında nə deyə bilərsən?
- Bu barədə nə deyə bilərəm ki? Hər şey göz qabağındadır. Məğlub olduq. Rəqib çox çətin komanda idi. Bizdən güclü idilər. Meydanda daha yaxşı oyun göstərdilər və qalib gəldilər. İkinci oyun Lənkəranda olacaq. Baxacağıq necə olacaq. İnanıram ki, yaxşı nəticə qazanacağıq.
- Rəqibə nədə uduzdunuz?
- Rəqibə qol vura bilərdik. Bunun üçün şanslarımız da var idi. Amma imkanlardan yararlana bilmədik. Rəqib də bizi cəzalandırdı. Ümumilikdə bizim oyunumuz alınmadı. Komanda yaxşı oynamadı. “Makkabi” çox yaxşı komandadır. Onlar meydanda bizə çox problemlər yaratdılar.
- İkinci qolda səninlə Rasim Ramaldanov arasında anlaşılmazlıq oldu. Bu barədə nə deyə bilərsən?
- Bu futboldur və belə şeylər olur. Düzdü, həmin qolda mənimlə Rasim arasında anlaşılmazlıq oldu. Bu normaldır. Futbol oynadıqca futbolçuda səhv olur. Rəqib bizə çox pressinq edirdi. Hər zaman futbolda belə səhvlər olub. İkinci qolda da biz səhv elədik.
- Şansları necə dəyərləndirirsən?
- Çətindir nəsə demək. Əgər bizi birinci hissədə qol vura bilsək, o zaman düşünürəm ki, şanslarımız daha da yaxşı olacaq. Biz oyunda diktə edə bilsək, oyunun əvvəllərində hesabı açsaq, “Makkabi”ni məğlub edib növbəti mərhələyə keçə bilərik. Bu mümkündür. Bizim şanslarımız var. İnanırıq ki, sevinəcəyik.
- “Makkabi”yə 3 qol vura biləcəksiz?
- Biz əsas çalışacağıq ki, ən azından iki qol vuraq. İki qol vurduqdan sonra oyun əlavə vaxta da getsə, nəyisə dəyişmək olar. Biz öz doğma meydanımızda bunu bacararıq. Yəni əlimizdən gələni edəcəyik. Əsas iki qol vurub hesabı bərabərləşdirmək lazımdır. Qalanı isə sonranın işidir. Amma bu çətin olacaq. Futbolda hər zaman bel şeylər olub və bu mümkündür. Əgər oyuna yaxşı konsentrasiya olmağı bacarsaq, o zaman 3 mərhələdə oynayan komanda biz olacağıq.
- Səncə, komandanın yeni futbolçulara ehtiyacınız var?
- Mənim işim meydana çıxıb futbol oynamaqdır. Bu barədə mən nəsə deyə bilmərəm. O baş məşqçinin işidir.
- Sabah “Fənərbaxça” ilə oynayacaqsız. Bu oyun barədə nə dey bilərsiz?
- Sabahkı oyun dostluq matçıdır. Meydana çıxın azarkeşlərə zövq verəcək bir oyun oynayacğıq. Amma təbii ki, bizim əsas düşüncəmiz “Makkabi”dir. İndidən həmin oyunu düşünürük. İsraillilərlə matç daha vacibdir.
- “Fənərbaxça” ilə matç sizə “Makkabi” ilə oyunda problem yaratmayacaq?
- Yox, mən belə düşünmürəm. “Fənərbaxça” ilə oyun dostluq matçıdır. İnanmıram ki, həmin oyun bizdə yorğunluq yaratsın.
- Azarkeşlərə söz verirsən ki, növbəti mərhələyə adlayan komanda siz olacaqsınız?
- Yox, indidən söz vermək olmaz. “Makkabi” elə də asan komanda deyil. 90 dəqiqənin və ya 120 dəqiqənin tamamından sonra hər şeyə aydınlıq gələcək. Amma mən inanıram ki, biz bu oyundan qalib ayrılıb, üçüncü mərhələdə oynayacağıq.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi