"Simurq" - "Beşiktaş" oyunu canlı yayımlanacaq

15:57 - 22 İyul 2013

Komandanın budəfəki rəqibi "Beşiktaş" olacaq
 
Avstriyada hazırlıqları davam etdirən "Simurq" iyulun 24-də daha bir yoldaşlıq görüşünə çıxacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın budəfəki rəqibi Türkiyənin dörd ən böyük klublarından biri olan "Beşiktaş" olacaq. Qarşılaşma iyulun 24-də keçiriləcək. 
 
Bu, Zaqatala təmsilçisinin Avstriyada yoldaşlıq görüşü keçirəcəyi ikinci Türkiyə klubu olacaq. Bu gün komanda "İstanbul BB" ilə oynayacaq. 27-də isə "Simurq"un sonuncu rəqibi də Superliqa təmsilçisi "Kayserispor" olacaq. 
 
Qeyd edək ki, "Simurq" - "Beşiktaş" oyununun başlama saatı Bakı vaxtı ilə 21:00-da nəzərdə tutulub. Qarşılaşma Türkiyə kanallarından biri ilə canlı yayımlanacaq.

Xəbər xətti