"Simurq" Türkiyə təmsilçisi ilə belə heç-heçə etdi FOTOREPORTAJ

04:27 - 23 İyul 2013

Təmsilçimiz "İstanbul BB" ilə bacarmadı

 

Avstriyada təlim-məşq toplanışı keçən "Simurq" ötən gün hazırlıq çərçivəsində ikinci yoldaşlıq görüşünə çıxıb.

 
Sportal.az xəbər verir ki, təmsilçimiz rəqibi ötən mövsüm Super Liqadan bir alt liqə düşən "İstanbul BB" olub. Qarşılaşmadan Zaqatala təmsilçisi 1:1 hesablı heç-heçə ilə ayrılıb. "Sarı-qaralar"ın matçda yeganə qolunu oyunun 25-ci dəqiqəsində yeni transfer Taqim Novruzov vurub. 
 
Qarşılaşma "Simurq"un üstünlüyü şəraitində keçib. Elə oyunun ilk 10 dəqiqəsinin tamamında Ruslan Poladov baxışda olan Eudi Silvaya gözəl ötürmə versədə, braziliyalı bu imkandan yararlana bilmədi. Onun zərbəsi qapıdan azacıq aralı keçdi. 25-ci dəqiqədə isə Zaqatala təmsilçisi istəyinə çaıb. Andersonun ötürməsindən sonra əvvəlcə İlkin Qırtımov qol imkanından yararlana bilməyib. Rəqibin müdafiə xəttinin qaytardığı topu isə İlkin Stepan Polyaka ötürüb. Xorvatiyalı yarımmüdafiəçinin zərbəsi qapıçıdan qayıtsa da, özünü yetirən Taqim görüşdə hesabı aça bilib. Qoldan sonra İstanbul təmsilçisi irəliyə atılsada ilk hissədə bərabərlik qolunu vura bilməyib. Bunun üçün şanslar əldə etsə də, qapıçımız Pavel Kapsa buna imkan verməyib. 
 
Fasilədən sonra isə "İstanbul BB" görüşdə hesabı bərabərləşdirə bilib. Qarşılaşmanın 65-ci dəqiqəsində Ömər Can oyunda status-kvonu bərpa edib. Komandamızın bundan sonra yenidən hesabda irəli çıxmaq üçün gözəl imkanları olub. Qoldan iki dəqiqə sonra hazırda baxışda olan Patrik Osiako topu boş qapıdan keçirdə bilməyib. 75-ci dəqiqədə isə Rəşad Eyyubov rəqibin müdafiə xəttinin buraxdığı səhvdən istifadə edə bilməyib. Nəticədə qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. 
 
Qeyd edək ki, Avstriya hazırlığı çərçivəsində bu komandamızın ikinci yoxlama oyunu idi. Bundan öncə isə Zaqatala təmsilçisi "Olimpiakos"la üz-üzə gəlmişdi və 2:1 hesabı ilə məğlub olmuşdu. "Simurq" növbəti yoldaşlıq matçını isə iyulun 24-də "Beşiktaş"la keçirdəcək. Sabah isə "sarı-qaralar" yalnız səhər hazırlığına çıxacaq. Bundan sonra isə məşqçilər korpusuna istirahət verəcək.  
 
 
"SİMURQ": Pavel Kapsa (Amil Ağacanov, 46"), Tural Axundov, Anderson Oliveyra, Ruslan Poladov (Dario Dakoviç, 46"), İlkin Qırtımov, Dilaver Zrnanoviç (Rövşən Əmiraslanov, 46"), Orxan Səfiyaroğlu, Stepan Polyak (Patrik Osiako, 46") (Ruslan Qetman, 77"), Nenad Kiso, Taqim Novruzov (Rəşad Eyyubov, 46), Eudi Silv (Salif Ballo, 67")
 
"İstanbul BB": Eser Altın (Oğuzxan Bahadır, 46"), Mahmut (Qeraldes, 46"), Can Arat, Orxan, Tayfun (Fərhat, 46"), Zeki (Yunus Emre, 46"), Alaattin Tosun (Fevzi, 46"), Edin (Zenke, 46"), Ömer Can (Turqay, 75"), Tom (Rizvan, 18"), Mehmet Batdal (Murat Yılmaz, 46")
 

Xəbər xətti