"Simurq" "Beşiktaş"la oyunöncəsi günü 1 məşqlə yekunlaşdırdı

05:47 - 24 İyul 2013

Zaqatala təmsilçisinin Avstriya toplanışı davam edir

 

"Simurq" Avstriyanın Tirol bölgəsində davam etdirdiyi yeni mövsümün hazırlıqları çərçivəsində ötən gün bir məşqə çıxıb. Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında səhər hazırlığı iki saata yaxın davam edib
 
Əvvəlcə gürcü mütəxəssis yetirmələrini ətrafına toplayaraq onlarla qısa söhbət edib. Bundan sonra isə məşqə start verilib. "İstanbul BB" ilə yoldaşlıq görüşündə 90 dəqiqə forma geyinmiş futbolçular komandadan ayrı, köməkçi məşqçi İqor Qetmanın rəhbərliyi altında hazırlığı davam etdirib. Sonda isə öz aralarında qısa ötürmələrlə məşqi tamamlayıblar.
 
Digər qrup isə fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında məşqə fiziki təmrinlərlə başlayıb. Daha sonra isə qısa ötürmələrdən ibarət taktiki çalışmaları yerinə yetiriblər. Hazırlığın sonunda isə Rəşad Eyyubov, Rövşən Əmiraslanov və Salif Ballo Georgi Çixradzenin rəhbərliyi altında qapıya zərbələr üzərində xüsusi məşq ediblər.
 
"Simurq" Avstriyanın Tirol bölgəsində gerçəkləşdirdiyi 2013/14-cü il mövsümü çərçivəsində bu gün Bakı vaxtı ilə saat 21:00-da növbəti yoxlama görüşünə çıxacaq. Komandanın rəqibi isə xəbər verdiyimiz kimi Türkiyənin ən böyük klublarından olan "Beşiktaş"dır. Qarşılaşma Avstriyanın Leinz şəhərində keçiriləcək. 

Xəbər xətti