"Qarabağ" oyunöncəsi son məşqinə çıxd FOTOREPORTAJ

01:59 - 25 İyul 2013

Ağdam təmsilçisi "Piast"la qarşılaşacaq

 

"Qarabağ" Glivitsedə sonuncu məşqinə çıxıb. Sportal.az xəbər verir ki, bu gün Avroliqanın II təsnifat mərhələsi çərçivəsində "Pyast"in qonağı olacaq təmsilçimiz  yerli vaxtla 17:30-da hazırlığa başlayıb.
 
19 futbolçunun iştirak etdiyi çalışmada baş məşqçisi Qurban Qurbanov futbolçuları elə də çox yükləməyib.  Təxminən 1 saat davam edən çalışma yüngül qaçışla başlayıb. Ardınca ənənəvi "kvadrat" oynayan Ağdam təmsilçisinin əhval-ruhiyyəsinin yaxşı olması diqqətdən qaçmayıb.
Ardınca otelə yollanan komanda oyun saatını gözləməyə başlayıb.
 

Xəbər xətti