"Neftçi" oyunun taleyini Bakıda həll etməli idi"
"Xəzər Lənkəran"ın sabiq məşqçisi, veteran futbolçu Samir Ələkbərovun Sportal.az-a müsahibəsi
- Samir Ələkbərov hazırda nə işlə məşğuldu?
- Hazırda işsizəm. Heç nə ilə məşğul olmuram.
- Sizə təkliflər varmı? Ümumiyyətlə sizlə maraqlanırlar?
- Təklif yoxdu. Ancaq bu yaxınlarda federasiya üçün işə düzələcəm. Onlardan cavab gözləyirəm. Uşaq məktəbi, seleksiya, yəni nə iş olsa, edəcəm.
- “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra heç bir komanda sizlə maraqlanmadı?
- Yox. Heç kim.
- “Neftçi”nin səfər oyununa baxdınız?
- Bəli, baxdım.
- Həmin oyunda “Neftçi” özünə bənzəyirdi?
- “Neftçi” oyunun taleyini Bakıda həll etməli idi. Burdakı heç-heçə komanda üçün çətinlik yaratdı.
- Sizcə, “Skenderbeu” necə komandadı? Onları keçmək olardı?
- Bəli, 100 faiz. “Neftçi” onlardan qat-qat güclü idi. Amma komanda səfərdə pis təsir bağışladı. Yaxşı oynasaydılar, onları asanlıqla keçə bilərdi. İlk oyun səfərdə, ikinci oyun Bakıda olsaydı, “Neftçi” onları 100 faiz keçərdi. Mən inanırdım ki, “Neftçi” növbəti mərhələni də keçib qrup mərhələsinə düşəcəkdi. Belə şans az olur. Komandanın əlinə yaxşı şans düşmüşdü. Amma istifadə edə bilmədi.
- Sizcə, “Neftçi”nin oyunu niyə alınmadı? Komandada özündən razılıq var idi?
- Mən inanmıram ki, komandada özündən razılıq ola. Mən inanırdım ki, “Neftçi” “Skenderbeu”nu keçəcək. Böyükağa Hacıyev belə bir söz işlətmişdi ki, biz heç-heçəyə gəlmişik, nəsə biz udacağıq. Yəni inam var idi ki, “Neftçi” onları udacaq.
- Bu gün də 3 komandamız Avroliqada cavab oyununa çıxır. “Qarabağ”, “İnter”, yoxsa “Xəzər Lənkəran” – bu 3 komandadan hansı növbəti mərhələyə keçəcək?
- Mənim ümidim yalnız “Qarabağ”adı. Digərlərinin işi bir az çətindi.
Şahin OĞUZ
saytlarin hazirlanmasi