"Simurq" bir məşqlə kifayətləndi

11:33 - 26 İyul 2013

Komanda ayın 28-də ölkəyə qayıdacaq
 
"Simurq" Avstriyanın Tirol bölgəsində davam edtirdiyi yeni mövsüm hazırlıqları çərçivəsində günü bir məşqlə keçirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 1,5 saat davam edən səhər idmanında baş məşqçi Georgi Çixradze "Beşiktaş"la yoldaşlıq görüşündə forma geyinmiş futbolçulara fitness və qaçışdan sonra istirahət verib. Digər qrup isə bu günkü hazırlığa qaçış və isinmə hərəkətlərindən sonra fiziki gücün artırılmasından ibarət çalışmalarla başlayıb. Məşqin əsas hissəsində isə "kvadrat" və taktiki tapşırıqlar yerinə yetirilib. Sonda isə ikitərəfli oyunla bügünlük hazırlıq tamamlanıb və məşqçilər korpusu yetirmələrinə istirahət verib. 
 
"Simurq" Avstriyada təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində sabah sonuncu məşqlərinə çıxacaq. Komanda ayın 27-də sonuncu yoldaşlıq görüşündə gücünü sınayacaq və 28-də ölkəyə qayıdacaq. 

Xəbər xətti