Sabiq "Qalatasaray"lı "Simurq"un düşərgəsində

11:42 - 26 İyul 2013

3 futbolçu gəldi, Eudi Silva və Dario Dakoviç isə göndərildi
 
2013-2014-cü il mövsümünə hazırlıqları Avstriyada davam etdirən "Simurq" transfer çalışmalarını da sürdürməkdədir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gündən komandanın düşərgəsinə daha üç futbolçu qoşulub. Bunlar müdafiəçi İsmayıl Bouzit, yarımmüdafiəçi Raul Kostin və hücumçu Jose Emilio Furtadodur. 
 
Artıq komandayla bir məşqədə çıxmış əlcəzairli İsmayıl Bouzit karyerası ərzində "Qalatasaray"ında formasını geyinib. 30 yaşlı mərkəz müdafiəçisi 2007-2008-ci il mövsümündə İstanbul təmsilçisinin heyətində 10 görüşdə meydana çıxıb. Həmçinin o, ölkəsinin milli komandasınında üzvüdür.  
 
Rumıniyalı yarımmüdafiəçi Raul Kostin isə 2009-cü ildən ölkəsinin "Vasluy" klubunda forma geyinir. Portuqalıyalı Josenin isə son klubu Yunanıstanın AEK klubu olub.  
 
Hazırda baxışda olan bu futbolçular haqqında son qərarı isə məşqçilər korpusu verəcək. 
 
Qeyd edək ki, baxışda olan braziliyalı Eudi Silva və müdafiəçi Dario Dakoviç isə artıq düşərgədən ayrılıb. Onlar məşqçilər korpusunun qərarı əsasında geri göndərilib.   

Xəbər xətti