"Xəzər Lənkəran"da islahatlar: iki futbolçu göndərildi

12:07 - 26 İyul 2013

Daha bir neçə futbolçu göndəriləcək

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi”(Hayfa) ilə cavab qarşılaşmasında qeydə alınan böyük hesablı məğlubiyyət sonrası “Xəzər Lənkəran” klubu rəhbərliyi baş məşqçi Con Toşakla matçdan dərhal sonra görüşərək çalışdırıcının hesabatını dinləyib.

 

Sportal.az xəbər verir ki, komandanın bir həftə öncə səfər meydanında 0-2 hesabı ilə məğlub olduğu rəqibə doğma azarkeşlər qarşısında böyük hesabla məğlub olması bəzi futbolçuların peşəkar futbolçuya yaraşmayan şəkildə meydanda mübarizə aparması, klub daxili ab-havanı pozduqları müəyyən olunub.

 

Bunu əsas götürən “Xəzər Lənkəran” klubu bu gün iki futbolçunu əsas komandadan göndərib. Belə ki, braziliyalı müdafiəçi Eder Bonfim və ispaniyalı qapıçı Toni Doblas əsas komandadan uzaqlaşdırılıb. Əlavə olaraq qeyd edək ki, göndəriləcək digər futbolçular barədə də ictimaiyyətə məlumat veriləcək. 

Xəbər xətti