"Bu katastrofdur"
"Xəzər Lənkəran"dan uzaqlaşdırılan Marin Orsuliçin Sportal.az saytına müsahibəsi
- Dünənki oyunla bağlı nə deyə bilərsən?
- Nə deyim? Nəsə söz deməyə utanıram. Axı biz belə uduzmamalı idik. Çox pis oynadıq. Biz özümüzü meydanda itirmişdik. Bu katastrofdur. Bu məğlubiyyət deyil, bu bir faciədir.
- Bu nəticəni gözləyirdin?
- Yox. Həyatımın ən ağır 90 dəqiqəsini keçirdim. Mən futbol oynadığım illərdə heç vaxt belə bir hadisə ilə rastlaşmamışdım. Biz çox pis oynamışıq. Ən zəif oyunumuzu göstərdik. Qalan qərarları baş məşqçi verəcək.
- “Xəzər Lənkəran”dan kənarlaşdırıldın. Bu barədə fikirlərini bilmək istərdik...
- Düzdü, mən komandada uzaqlaşdırılmışam. Adrian Pit, Toni, Eder və Mən komandadan ayrılırıq. Biz bir azdan klubun ofisinə gedəcəyik. Orada müqaviləmizlə bağlı rəhbərliklə danışıb, sonra komandanı tərk edəcəyik.
- Öz ölkənə gedirsən?
- Hələ bilmirəm. Bu barədə heç nə deyə bilmərəm. Hər şey ola bilər. Mən bu gün öz ölkəmə də ged bilərəm. Mən professional futbolçuyam, belə şeylər başıma gələ bilərəm.
- Komandadan uzaqlaşdırılacağını gözləyirdin?
- Belə şeylər hər bir futbolçu üçün ola bilər.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi