Zaqatalalılar Macarıstan klubunu məğlub etdi
"Simurq" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində sonunçu yoxlama görüşündə Macarıstan təmsilçisi "Zalaeqersaq"la üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, qarşılaşma komandanın məskunlaşdığı "Kayser" otelinin stadionunda keçirilib. Zaqatala təmsilçisi 36-cı dəqiqə Stepan Polyakın cərimə zərbəsindən vurduğu yeganə qol sayəsində oyundan qalib ayrılıb.
Qeyd edək ki, bununla yeni mövsümə hazırlığın üçüncü mərhələsini də başa vuran "Simurq" artıq vətənə qayıdır. bu gün axşam saatlarında Bakıya çatacaq komanda "Rəvan"la oyunun hazırlıqlarını paytaxtda davam etdirəcək.
saytlarin hazirlanmasi