Azərbaycan klubunda iki yeni oyunçu
“Simurq”un düşərgəsinə daha iki futbolçu qoşulub. Baş məşqçi serb hücumçu Draqan Çeran və holland müdafiəçi Cerard Aafyesi sınayır. Sportal.az xəbər verir ki, onlarla bağlı qərar yaxın günlərdə veriləcək.
Qeyd edək ki, 1987-ci ildə anadan olan Çeranın son klubu İsrailin “Makkabi” (Netanya) klubu olub – 24 oyuna 7 qol. O, əvvələr Serbiyanın “Smederevo”, “Jelezniçar”, “Mladi Radnik”, Belçikanın “Vesterlo” və İsrailin “Hapoel” (Hayfa) klublarında çcış edib. Draqan Serbiyanın U-21 yığmasında 3 oyuna çıxıb.
1985 təvəllüdlü Aafyes isə son olaraq Hollandiyanın “Zvolle” klubunda çıxış edib – 16 oyun. Müdafiəçi karyerası ərzində vətənində “Volendam”, “Maastrixt” və Hollandiyanın “Falkirk” klublarında top qovub.
saytlarin hazirlanmasi