"Onların hətta "Rusenborq"u udduqlarını da bilirəm" MÜSAHİBƏ

14:55 - 28 İyul 2013

David Föllman: "Rəqibimiz haqqında heç nə bilmirəm"
 
 
"Qarabağ"ın Avroliqanın 3-cü təsnifat mərhələsindəki rəqibi "Gefle"nin futbolçusu David Föllmannın Sportal.az saytına müsahibəsi
 
- “Qarabağ” Avroliqada sizin rəqibiniz olacaq. Komanda haqqındanə deyə bilərsən?
-  Rəqibimiz haqqında heç nə bilmirəm. Sadəcə bilirəm ki, son mərhələdə Polşa klubunu məğlub edib. 
 
- Azərbaycan haqqında məlumata maliksən?
- Yox, heç bir məlumatım yoxdur. Sadəcə səfərimizi gözləyirəm.
 
- Hər hansı bir azərbaycanlı futbolçu tanıyırsanmı?
- Yox, heç kəsi.
 
- “Piast”la oyuna baxmısınızmı?
Xeyr, baxa bilməmişəm.
 
- “Qarabağ” Avroliqada Azərbyacnı təmsil edən ən güclü komandadır...
- Bəli, bax bunu eşitmiçəm. Onların hətta “Rosenborq” kimi komandanı udduqlarını da bilirəm. Amma bu 3 il bundan qabaq olub. Artıq biz 2013-cü ildəyik.
 
- Bizim komandamız 2010-cu ildə “Rusenborq”u məğlub etdi və Avropada tarix yazdı. Ondan sonra uğurlar qazandı. Bu sizi qorxutmur?
- Qətiyyən bu bizi qorxutmur. Axı bu 3 il bundan qabaq olub. Artıq “Qarabağ” dəyişib. 
 
- Amma siz özünüz də bayaq dediniz ki, Polşa klubu kimi komandanı udublar...
- Düzdü, onlar bu ildə güclüdürlər. Amma biz də zəif deyilik. “Anortosisi” udmuşuq.
 
- Isveç çempionatında 12-ci pillədə qərarlaşmısınız. Bu nədən xəbər verir?
- Düzdü, 12-ci yerdə olmağımız pisdir. Biz çempionatda əsasən heç-heçələr əldə etmişik. Bu yer bizə uyğun deyil. Biz yuxarı pillələrdə olmalıyıq. İnanıram ki, bunu düzəldəcəyik.
 
- Bəlkə bütün diqqətinizi Avroliqaya yönəltmisiniz deyə belə yerdəsiniz?
- Bəli, Avropa Liqasında oynamağımızın da burda rolu var. İlk öncə məqsədimiz qitəmiqayslı turnirdə uğur qazanmaqdır. Əgər Avroliqanın qrupuna düşə bilsək, o zaman biz çempionatda da öz mövqeyimizi düzəldə bilərik.
 
- “Qarabağ” bizim ölkədə Avropa komandası adlanır...
- “Qarabağ”ın üçüncü mərhələyə kimi gəlməsi onun gücündən xəbər verir. Buna görə də bizi çətin oyun gözləyir.
 
- “Anortosis”lə oyunda etdiyiniz sürprizi “Qarabağ”a qarşı da edə bilərsinizmi?
- Bunu indidən demək çətindir. Çünki futbolda hər an hər şey baş verə bilər. Həmçinin biz rəqibimizi o qədər yaxşı tanımırıq. Bütün diqqətimizi öz oyunumuza yönəltmişik ki, bacardığımızı edək. Əgər biz Kipr komandasına qarşı ikinci matçda oynadığımızı oyunu göstərə bilsək, o zaman “Qarabağ” səddini də keçə bilərik
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti