"Qarabağ"la üç illik müqavilə imzaladım" MÜSAHİBƏ

10:26 - 29 İyul 2013

Elmir Namazov: "AZAL-da oynaya bilmirdim"
 
"Qarabağ"ın əvəzedici heyətinin  hücumçusu Elmir Namazovun Sportal.az saytına müsahibəsi
 
- Futbola necə başlamısan?
- Atam futbola marağımın olduğunu görüb məni futbol məktəbinə yazdırmaq istədi. Axtardıq Səbaildə bir futbol komandası var idi. Orda tapdıq və mən futbol məktəbina yazıldım. Müəllimim Tural Hüseynov idi. Bakı birinciliyində oynayırdıq. Sonra AZAL-ın məşqçiləri gördü məni. Sonra AZAL-a gəldim.
 
- Neçə yaşında AZAL-a gəldin?
- 11 yaşımda artıq AZAL-ın futbolçusu idim
 
- Hal-hazırda “Qarabağ”dasan. Bu komandaya keçidin necə baş tutdu?
- AZAL-da çox oynaya bilmirdim. Özüm yoxlanışa gəldim “Qarabağ”a. Məşqçilər oyunumu bəyəndilər və məni komandada saxladılar. 
 
- Hansi mövqeydə oynayırsan?
- Hücumçu.
 
- Bunu özün seçmisən, yoxsa...?
- Özüm istəmişəm hücumçu olum.
 
- Kumirin kimdir?
- Kumirim deməzdim, amma İbrahimoviçin oyununu xoşlayıram.
 
- Ən böyük uğurun hansıdır?
- Bu il 19 yaşlıların çempionatında ikinci olduq. Təəssüf ki, finalda “Qəbələ”yə 5:0 məğlub olduq. 
 
- “Qarabağ”la müqavilə bağlamısanmı?
- Bəli.
 
- Müddəti nə qədərdir?
- 3 illik.
 
- Hədəflərin nədir futbolçu kimi?
- Bütün azyaşlı futbolçular kimi mənim də arzum əvvəlcə Azərbaycan Premyer Liqasında sonra isə Avropada oynamaqdır. Bunun üçün çalışacam.
 
- Bu yaşında Avropadan təklif gəlsə, gedərsən?
- Əlbəttə, gedərəm. Oynamaq istəyərəm.
 
- Gənc futbolçu kimi Azərbaycan futbolu səni qane edir?
- Yavaş-yavaş inkişaf edir.
 
- Gələcəkdə hansı komandalarda oynamaq istəyərdin?
- Azərbaycanda təkcə Qarabağ. Amma ölkə xaricində “Fənərbaxça”da.
 
- Azərbaycan ən güclü aşağı yaş qrupları hansı komandadadır.
- Fikrimcə, “Qəbələ”də. Onlar xeyli nailiyyət qazandılar.

Xəbər xətti