Asif Məmmədov: "Qarabağ"ın yorğunluğundan istifadə edə bilərik"
"İnter"in yarımmüdafiəçisi Asif Məmmədovun Sportal.az saytına müsahibəsi
- “Tromse” ilə oyunla bağlı fikirlərin necədir?
- Məncə, oyunda bəxtimiz gətirmədi. Onlar cəmi qapıya 6 zərbə vurdular ki, bunun da 2-si qol oldu. Amma bizim o qədər zərbələrimiz, epizodlarımız oldu qol vura bilmədik. Biz rəqibdən 2 qat güclü komandayıq. Sadəcə bəxt amili öz sözünü dedi.
- Doğma meydanda oynadığınız oyunda əlinizə düşən o qədər imkandan yararlana bilməməyiniz hücujm xəttində problem olduğunundan xəbər vermir ki?
- İmkanlarımız oldu, amma istifadə edə bilmədik. Belə hallar olurş. Çempionatda da biz belə şeylə tez-tez qarşılaşırıq. Bunun üzərində komanda işləməlidir.
- Səncə, yeni hücumçuya ehtiyac var? Düşünümürsən ki, “İnter” böyük ümidlə gətirdiyi İaşvilidən istədiyini ala bilmədi?
- Fikrimcə, onun haqqında belə tez qərara vermək olmaz. Çünki o komandaya yenicə uyğunlaşır. Yavaş-yavaş düşünürəm ki, daha yaxşı olacaq. Premyer Liqada onun nəyə qadir olduğu görünəcək. Çünki çempionat uzun marafondur. Orda yeni olan bütün futbolçuların nəyə qadir olduğu aşkara çıxacaq.
- Sən də “Tromse” ilə oyunda istədiyini oyunu oynaya bilmədin…
- Zədəm var idi mənim . 20 gün idi məşq eləmirdim. Yüngül məşqlərələ kifayətlənirdimş. Bu qədər müddəti məşq eləməmək öz təsirini göstərdi.
- Qarşıda artıq Premyer Liqa oyunları var. İlk turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyunla bağlı nə deyərsən?
- Çempionata artıq start verilir və “Qarabağ”la qarşılaşacağıq. İlk oyundan göstərməliyik ki, biz çempionluğa oynayırı. Premyer Liqanın ilk oyunundan çox şey asılıdır. Çətin olacaq, amma qalib gəlmək istəyirik
- “Qarabağ”ın Avroliqada oynaması, sizə kömək ola bilər? Yəni onlar sıx qrafikdə oynayacaqlar…
- Düzdü, bu hardasa bizim üçün üstünlük olacaq. Çünki “Qarabağ” “Gefle” ilə oyundan 3 gün sonra bizimlə oynayacaq. Düzdü, doğma meydanda oynayacaq. Amma yenə düşünürəm ki, onlarda yorğunluq olacaq. 3-cü mərhələnin oyunu daha ağır oyundur. Bu cəhətdən istifadə edə bilərik.
- Çempionatın 4 dövrəli sistemlə keçirilməsi, ötən mövsümlə müqayisədə daha ağır olacaq, yoxsa yüngül?
- Fikrimcə, ötən mövsümlə müqayisədə daha ağır olacaq. Bu təkcə bizə deyil bütün komandalara ağır olacaq. Amma bu “altılıq” sistemindən daha yaxşıdır.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi