"Xəzər Lənkəran" və "Neftçi" istənilən heyəti qura bilmədi"

16:30 - 30 İyul 2013

Vaqif Heydərli: "Onların oyunları daha yaxşı oldu"
 
“Məncə, “Qarabağ”, “Bakı”, “Qəbələ” “Simurq” və bir də “Rəvan” həm hazırlıq, həm də transferlərə görə fərqlənən klublar oldu”. 
 
Bu sözləri Sportal.az-a açıqlamasında menecer Vaqif Heydərli deyib. O, passiv klublar kimi kubok finalçılarını – “Xəzər Lənkəran” və “Neftçi”ni göstərib: 
 
“Yuxarıda adını çəkdiyim komandalar digərlərinə nisbətən daha yaxşı transferlər həyata keçirdi. Oyunları da daha yaxşı oldu. Məncə, passiv klublar isə - “Xəzər Lənkəran”, “Neftçi” oldu. Bu komandalar istənilən heyəti qura bilmədi”. 

Xəbər xətti