"Xəzər Lənkəran" ümumiyyətlə özünü biabır etdi"

16:55 - 30 İyul 2013

Günel Rusman: "Bakı" da heç kimdən futbolçu almır ki, bizim məşqçi gətirir"
 
“Məncə, yeni mövsüm üçün ən yaxşı transferləri “Qarabağ” etdi. Bu komandanın transferi nəzərə çarpır. O biri klubların transferləri bərbaddı”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında menecer Günel Rusman deyib. O, klubların transfer siyasətinə belə şərh verib:
 
“Neftçi”nin aldığı hücumçu yaxşı deyil. “Xəzər Lənkəran” ümumiyyətlə özünü biabır etdi. “İnter” tanış transferlərdən kimi aldı ki, neylədi ki? Heç kimi. Ortada nəzərə çarpan bir şey yoxdu. “Bakı” da heç kimdən futbolçu almır ki, bizim məşqçi gətirir. Mən onlara futbolçu təklif etmişəm. Bu işlə məşqçiləri məşğuldu. “Rəvan”ın transferləri pis olmadı. AZAL-ın aldığı futbolçular ortababdı. Onlar keçən dəfə aşağı diviziondan olan komandaya uduzdular. Çox bərbad idi. Premyer Liqa komandası üçün AZAL-ın büdcəsi çox aşağıdı. Komandanın o büdcəsi ilə I divizionda oynamaq olar. Mən belə fikirləşirəm. 
 
Komandaların təlim-məşq toplanışlarından xəbərim yoxdu. Hara gediblər, neyləyiblər bilmirəm. Klublarla Azərbaycanda olanda görüşmüşəm. Onu bilirəm ki, burda deyildilər. “Rəvan” təzə gəlib. AZAL xaricə təlim-məşqə getmədi. Onların vəziyyəti hərtərəfli bərbadddı. “Sumqayıt” da Gürcüstana getmişdi. Sonra da gözləyirlər ki, bizim futbolçular çıxıb oynasın və hər yerdə qalib gəlsin. Nə ilə? Klublarımız Premyer Liqada uğuq qazanmır. Əlbəttə, qazanmayacaq. 50 minlik futbolçular alıblar. O futbolçu nə oynayıb, nə göstərəcək? Bu, mənim fikrimdi. “Xəzər Lənkəran”ın 36 milyonluq büdcəsi var. 36 milyonluq büdcə qarşısında 200-250 minlik, maksimum 300 minlik futbolçu alır. Elə Avroliqaya çıxmaq olar? Heç bir klubumuzun düzgün siyasəti yoxdu”. 

Xəbər xətti