Erkin İbrahimov: "O böyükhesablı məğlubiyyət də təsadüfi olmadı"
“Görürsən ki, mümkün deyil komanda təlim-məşqlərdə zəif olsun və bütün rəqibləri udsun. Amma “Qəbələ” oyunlarda udub. Hələ ki, komandanın oyunlarını canlı görməmişik”.
Bu sözləri Sportal.az-a açıqlamasında jurnalist Erkin İbrahimov deyib. O, klubların transfer siyasəti və keçdiyi təlim-məşq barədə fikirlərini açıqlayıb:
“Sorğunun nəticələri, ən düzgün cavabları avqustun 31-dən sonra bilinə bilər. "Transfer pəncərəsi" bağlanandan sonra hər şeyə aydınlıq gələcək. Hələ ki, vaxta var. Mən deyərdim ki, transfer mövsümünü ən zəif keçirən komanda “Xəzər Lənkəran” oldu. Niyə? Çünki transfer harda başlayır? O demək deyil ki, yaxşı futbolçu gətir. İlk növbədə yaşlı futbolçuları çıxarmaq lazımdı. "Transfer pəncərəsi" bunun üçündü. İlk öncə buna diqqət yetirilməlidi. Yoxsa “Xəzər Lənkəran”a baxırsan 7-8 futbolla qurtarmış adam var. Onları saxlayırlar. Lap onların yanına Benouahi, Nildo kimi futbolçular da gəlsə, yenə xeyri yoxdu. Əksəriyyəti çox zəif səviyyəli futbolçulardı. Mən deyərdim ki, açıq-aşkar o böyükhesablı məğlubiyyət də təsadüfi olmadı.
Hansı komandanın yaxşı təlim-məşq keçdiyini demək üçün ya gərək həmin komandanın yanında olasan, olmasan da, toplanışdan sonra 1-2 oyunlarına baxasan. Təəssüflər olsun ki, o imkan da yoxdu. Amma keçirdiyi təlim-məşqə, rəqiblərə görə, əlbəttə, “Qəbələ”di. Mən həmişə Syomini də, Toşakı da tənqid etmişəm. Əsas onların istəyidi. Hiss olunur ki, Toşak işləmək istəmir. Bu adam konkret kefə gəlib. Amma Syomin o məqsədlə gəlib ki, “Qəbələ” də futbol oynayacaq. Görünən odu ki, Syomin bir az fərqlənəcək. Hər halda o təcrübəli məşqçidi. Həyatı boyu təlim-məşqlərdə olub. Komandanı necə hazırlamaq lazımdı? Yəqin ki, onun yolunu bilir. Transferləri də maraqlı futbolçulardı. Ən azından Ukrayna çempionatında oynayıb. Ukrayna çempionatı da bizimkindən güclüdü. Belə baxanda həmin çempionatda söz demiş futbolçulardı. Hardasa faydalı ola bilərlər. Amma yenə də komandanın oyununu görməmişik. Burda olanlar - AZAL, “Rəvan”dı, onların oyunlarına gedib gəlirəm. Yoldaşlıq oyunlarını izləyirəm. Mənə elə gəlir ki, “Rəvan” düzgün transfer də etsə, onsuz da çox maraqlı komandadı. Keçən il hakimlər mane törətməsəydi, yaxşı nəticələr əldə edə bilərdilər. Hələ ki, AZAL mənə xoş təsir bağışlamır”.
saytlarin hazirlanmasi