"Afrikalı futbolçunun taleyi ilə bağlı 2 gündən sonra qərar veriləcək"
Dünən mətbuatda geniş yayılmış xəbərlərdən biri də "Xəzər Lənkəran"ın kamerunlu hücumçu Mbilya Etame ilə maraqlanmağı, hətta futboçunun dünən Lənkərana gəlmə xəbəri idi. Bu haqda ətraflı məlumat öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, Sportal.az-a açıqlamasında bunları bildirib:
"Onunla maraqlanırıq. Artıq danışıqlar son mərhələdədir. Avqustun 2-nə qədər hər şey bəlli olacaq. Bu barədə ictimaiyyətə məlumat veriləcək".
saytlarin hazirlanmasi