Amit Quluzadə: "Bu mövsüm sindromu qıracağıq"
"Qəbələ"nin yarımmüdafiəçisi Amit Quluzadənin Sportal.az-a müsahibəsi
- Hazırlıqlar necə keçdi?Komandanın təlim-məşq toplanışını necə dəyərləndirirsən?
- Məncə yaxşı keçdi. Komanda bir-birinə uyğunlaşıb. İnşallah bu mövsüm hər şey biz istədiyimiz kimi olacaq.
- Premyer Liqanın açılışını məhz siz edəcəksiniz. “Bakı”da da baş məşqçi dəyişkliyi olub. Səncə ilk oyununuz necə alınacaq?
-İlk oyun olduğu üçün çox çətin olacaq. Onlarda da dəyişiklər çox olub. Biz qələbə üçün oynayacağıq.
-Syomin “Qəbələ”yə fərqli nə gətirib?
-Bəzi dəyişikliklər var, amma məncə bu barədə danışmasaq yaxşıdı.
-Yeni baş məşqçi ilə münasibtlərin necədir?
-Heç bir problem yoxdu. Hamı necə, mən də elə.
-Yeni gələn transferlərlə bağlı nə deyə bilərsən? Səncə “Qəbələ”nin gücünə güc qata biləcəklər?
-Məncə, yaxşı oyunçulardı. İnanıram ki, kömək edə bilərlər komandaya.
- “Qəbələ”nin qarşısına nə hədəf qoyulub? Keçən mövsüm çempionluq və ən azı Avropa Liqasına vəsiqə qazanmaq. Artıq “Qəbələ”nin qarşısına ötən mövsümdə eyni hədəf qoyulmuşdu. Belə demək olar ki, 3 ildir “Qəbələ” avrokuboklar üçün oynayır və buna nail ola bilmir? Səncə artıq bu mövsüm sindromu qıra biləcəksiniz?
-İnşalah, biz də çalışacağıq bu sindrom qırılsın. Bu mövsüm çalışacağıq ki, ən yüksək pillələrdə olaq.
Ayaz İBRAHİMOV
saytlarin hazirlanmasi