"Azərbaycanda insanlar futbola çox biganə qalırlar"

15:48 - 31 İyul 2013

Mariya Varea: "Bu Xuanın qərarıdır"
 
 
"Rəvan"ın hücumçusu Xuan Manuel Vareanın həyat yoldaşı Mariya Vareanın Sportal.az saytına müsahibəsi
 
- Azərbaycana gəlişiniz necə baş tutdu?
- Bakıya gəlişimiz təbii ki, Vareanın karyerası ilə bağlıdır. Ona təklif gəldi və belə alındı ki, biz bura gəldik. Bakı xoşuma gəldi. Müasir şəhərdir. 
 
- Xuan bura gələndə səninə məsləhətləşdimi?
- Əlbəttə. Biz bu barədə çox danışdıq. Msləhətləşdik. Yəni əslində gəlməyə əvvəlcədn razı idik. Çünki bu onun işidir. O işinə çox önəm verir. Çünki futbolu həm mənim üçün , həm də qızı üçün oynayır.
 
- Bura gəlməmişdən öncə Azərbaycan haqqında nə bilirdin?
- Təbii ki, Azərbaycan haqqında eşitmişdim. Avroviziya mahnı müsabiqəsindən Bakı yaxşı tanış idi. Həm də Xuan dedi ki, Azərbaycanda futbolun inkişafına xüsusi diqqət ayrılır. Həm də sizin futbolunuz haqqında da bilirdim. Çünki bizim şəhərin doğma komandası olan “Siroki Brijeg” 2004-cü ildə “Neftçi” ilə qarşılaşmışdı. Bu həm də Xuanın keçmiş klubu idi.
 
- Ölkəmizdə nə xoşuna gəldi?
- Bakı isti şəhərdir. Həmçinin insanları mehribandır. Çox tez öyrəşdim bura. Burda çoxlu dostlarımız var. Bakının dəniz kənarında yerləşməsi şəhərə xüsusi gözəllik qatır. Çimərliklərdə rahatca dincəlmək olur. Bizim bir qızımız var. Onu da dənizə aparırıq. Bakı günü-gündən inkişaf edir.
 
- Azərbaycanın daha hansı bölgələrində olmusunuz?
- Qəbələdə oldum. Çoc yaxşı şəhərdir. Sakitdir. Biz başqa şəhərləri gəzməmişik. Amma çalışacağam ki, Azərbaycanın digər mənzərəli yerlərində olum.
 
- Ümumiyyətlə futbolu nə dərəcədə xoşlayırsınız?
- Futbolu çox xoşlayıram.
 
- Azərbaycan futbolu haqqında nə bilirsiniz?
- Daha çox Xuanın klubu ilə maraqlanıram. Amma burada yaxşı stadionlar, əla şərait var. Yaxşı mənada bunlara təəccübləndim. 
 
- Azərbaycan və Herseqovina futbolunu necə müqayisə edərdin?
- Bilirsən, Herseqovina futbolu Avropada elə də məşhur deyil. Amma insanlar futbola daha çox maraq göstərir və stadionlara gedirlər. Azərbaycanda isə futbola daha çox pul qoyulur, şərait yaradılır, güclü klublar ölkənizə gəlir. Amma insanlar futbola biganədirlər. Onlar stadiona getməkdən sanki qorxurlar. Oyunların çoxu azarkeşsiz keçir.
 
- “Rəvan” haqqında nə deyərdin?
- Onlar Sloveniyada hazırlıq keçdilər. Xuan komandadan razıdır. Deyir ki, məşqlər ağır keçir, amma bu çempionatda bizə kömək olacaq.
 
- Xuan komandası məğlub olanda evə gəlib sənə nə deyir?
- O  qəzəblənmir. Sadəcə oyunun videolarını axtarır, baxır və səhvlərini təhlil edir.
 
- Sən ona necə dəstək olursan?
- Ona balaca qızım Viki ilə birlikdə dəstək oluram. O qızını və məni görəndə yeni bir güclə oynayır meydanda. Daha yaxşı oyun göstərir.
 
- Mövsüm bitdi və Xuan yenə komandada qaldı. Bu qərarına necə münasibət bildirdin?
- Bu onun seçimidir. İşini o daha yaxşı bilir.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti