Anar Nəzirov: "Onlar da istəyəcəklər ki, çempionata yaxşı başlasın"
"Sumqayıt"ın qapıçısı Anar Nəzirovun Sportal.az saytına müsahibəsi
- Komandanın hazırlıqları necə keçdi? Gürcüstanda məşqlər necə oldu?
- Hazırlıqlar normal gedir. Komanda yavaş-yavaş çempionata hazır olur.
- “Sumqayıt”da uğur qazanacağına inanırsan? Çünki klubda olan yeni futbolçulardan biri də sənsən.
- Burda əsasən gənc futbolçulardı. Həm oyun, həm də təcrübə baxımından çox yaxşıdı. Buranı seçməyimdə əsas amil də oynamaq, təcrübəmi artırmaq və daha yaxşı çıxış etməkdi.
- İlk turda “Xəzər Lənkəran”la üz-üzə gələcəksiz. Bu oyun barədə nə düşünürsən?
- Əlbəttə ki, “Xəzər Lənkəran” istənilən klub üçün çətin rəqibdi. Biz də Lənkəran komandasına qarşı yaxşı mübarizə aparıb maksimum nəticə əldə etmək istəyirik.
- “Xəzər Lənkəran”ın “Makkabi” Hayfaya 8:0 hesabı ilə uduzması komandada psixoloji gərginlik yaradıb. Bu, sizin üçün üstünlük ola bilər?
- Onlar da bizimlə oyuna maksimum dərəcədə hazırlaşıb gələcəklər. Çünki artıq “Xəzər Lənkəran” üçün Avroliqa yoxdu, çempionat var. Onlar da istəyəcəklər ki, çempionata yaxşı başlasın. Eləcə də biz.
- “Sumqayıt" ötən il heç bir oyunda “Xəzər Lənkəran”a uduzmayıb. Rəqibinizin bu sindromu sizə kömək ola bilər?
- İnşallah. "Xəzər Lənkəran"ın bu sindromu bizə kömək edə bilər.
- “Sumqayıt”ın Premyer Liqada builki hədəfi nə olacaq?
- Bacardıqca yaxşı mübarizə aparıb yaxşı nəticələr qazanmaq.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi