Per Olsson: "Bizim "Qarabağ"dan fərqimiz odur ki..."

21:16 - 31 İyul 2013

"Səviyyə baxımından biz "Qarabağ"dan üstün deyilik"

 

"Qarabağ"ın son oyunlarını izləmişəm. "Piast" və "Metallurq"la oyunlarına baxmışıq. Yaxşı təşkilatlanmış bir komandadır və üstün fərdi keyfiyyətlərə malik oyunçuları var. Arxa xətt oyunçuları daha təcrübəlidir. Reynaldo Silva və Riçard Almeydanı xüsusi vurğulamaq istəyirəm. Onlar fərdi keyfiyyətlərdə çox üstündürlər".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan öncə "Gefle"nin baş məşqçisi Per Olsson deyib. hər iki oyuna da yalnız qələbə üçün meydana çıxacaqlarını deyən İsveç klubunun çalışdırıcısı fikrini belə izah edib:

 

"Onu deyə bilərəm ki, bu mərhələyə kimi gəlməyimiz bizim üçün uğurdur. Bizim rəqibdən fərqimiz odur ki, "Qarabağ"ın avrokuboklarda təcrübəsi daha çoxdur. Səviyyə baxımından biz "Qarabağ"dan üstün deyilik".

 

Sual: "Anortosis"lə oyundakı nəticə təsadüfi idi?"

"Həmin oyun ilə bağlı onu deyə bilərəm ki, ilk matçdakı nəticəyə layiq idik. Həmin vaxt biz seçim etməli idik. Ya çempionatda, ya da ki, avroliqadakı "Anortossis"lə oyunu ciddiyə almalı idik.  "Anortossis"lə oyunda əsas heyətimizi buraxdıq və qalib gəldik. 

 

Sual: "UEFA "Anortosis"lə oyununuzu araşdırır və məmin matçlarda oyun alqı-satqısından şübhələnir. Bu barədə nə deyə bilərsiz?"

"Bu söhbəti birinci dəfədir ki, sizdən eşidirəm. Bilirsiz, bu nə ilə bağlıdır? Son 10 ildə Avropada belə bir şey olmamışdı. Amma oyun göstərdi ki, biz qələbəyə layiq idik. Oyuna baxsanız, gərərsiniz ki, stadionda 50 rəqib azarkeş var idi və onlar öz oyunçularını söyürdü. belə bir şəraitdə oyun satmaq olmaz".

 

Sual: "Bakıdakı oyunda əsas məqsədiniz nədir?"

"Biz hər iki oyunda da qələbə qazanmaq istəyirik. Sabah nə olacağını baxıb görəcəyik. Amma hər iki oyundan qalib ayrılmaq fikrindəyik. Hər iki oyun da bizim üçün vacibdir. Biz öz oyunumuzu oynamalıyıq. Sabahkı matçda da "Anortosis"lə oyuna hazırlaşdığımız kimi ciddi hazırlaşırıq. Yaxşı nəticəyə üdid edirəm".

Xəbər xətti