"Simurq" "Rəvan"la oyuna hazırlaşır

13:18 - 1 Avqust 2013

Komanda sabah Qəbələyə yola düşəcək 
 
İyulun 28-də Avstriyadan təlim-məşq toplanışından qayıdan "Simurq", bir günlük istirahətdən sonra yenidən Bakı şəhərində bir araya gələrək məşqləri bərpa edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın 2013/14-cü il mövsümünün ilk turunda "Rəvan"ı qonaq edəcək komanda gündə bir dəfə olmaqla hazırlıqları davam etdirir. Georgi Çixradzenin yetirmələri dünən növbəti məşqinə çıxıb. İsinmə və fiziki çalışmalarla başlayan hazırlığın əsas hissəsində isə taktiki təmrinlər yerinə yetirilib. Sonda isə ikitərəfli oyunla məşq tamamlanıb. 
 
Yeni mövsümün ilk oyununda "Simurq" doğma arenada yenidənqurma işlərinin bitmədiyindən "Rəvan"ı avqustun 3-də Qəbələ şəhər stadionunda qonaq edəcək. Matç 18:30-da start götürəcək. Komanda sabah Qəbələyə yola düşəcək və qarşılaşmanın oynanılacağı meydanda oyunöncəsi sonuncu məşqinə çıxacaq.    

Xəbər xətti