"Simurq" keniyalı yarımmüdafiəçi transfer etdi

15:30 - 1 Avqust 2013

Komandanın yeni transferi rəsmiləşdi
 
"Simurq" heyətini daha bir legioner futbolçu ilə gücləndirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Avstriyadakı təlim-məşq toplanışında baxışda olmuş Patrik Osiako artıq komanda ilə rəsmi müqavilə bağlayıb. Növbəti bir ildə keniyalı yarımmüdafiəçi Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparacaq. 26 yaşlı futbolçu "Simurq"un heyətində "8" nömrəli formanı geyinəcək. 
 
Patrik Osiakonun son klubu İsrailin "Hapoel Ber Şeva" kollektivi olub. Bundan əvvəl isə İsveçin "Melbyu", Rumıniyanın “Petrolul” klublarında karyerasını davam etdirib. Patrik həmçinin ölkəsinin yığma komandasınında üzvüdür. 

Xəbər xətti