"Simurq" görüşün başlama saatını gözləyir

13:57 - 3 Avqust 2013

Komanda oyuna tam hazırdır
 
"Simurq" bu gün Premyer Liqanın 2013/14-cü il mövsümünə start verəcək.
 
Sportal.az xəbər verir ki, ilk turda komandanın rəqibi paytaxtın "Rəvan" klubu olacaq. Qarşılaşma doğma arenada aparılan təmir işlərinin tam yekunlaşmaması ilə əlaqədar Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 18:30-da start götürəcək.
 
"Simurq" görüşə tam hazırdır. Dünən oyunöncəsi son məşqinə çıxan "sarı-qaralar" baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında qarşılaşmanın oynanılacağı stadionda bir saatdan artıq yekun işləri görüb. İsinmə hərəkətlərindən sonra qruplar halında "kvadrat" və ikitərəfli oyun keçirilib. Sonda isə cinahlardan asmalar, onların tamamlanması və qapıya zərbələr məşq edilib. Bundan sonra isə istirahətə çəkilərək, komanda görüşün başlama saatını gözləyir.  

Xəbər xətti