"Qarabağ" sabah Almeydasız İsveçə yola düşür

18:24 - 5 Avqust 2013

Matç avqustun 8-də oynanılacaq

 

Azərbaycanı Avroliqada təmsil edən “Qarabağ”ın İsveçə gedəcəyi tarix dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu oyunun keçiriləcəyi Sundsvall şəhərinə sabah saat 16:00-da Heydər Əliyev adına Hava Limanından yola düşəcək. Komanda bu şəhərə birbaşa çarter reysi ilə gedəcək. Avqroliqanın III təsnifat mərhələsinin cavab qarşılaşması olan “Qefle” – “Qarabağ” matçı avqustun 8-də oynanılacaq.

 

Qeyd edək ki, rəqiblər arasında Bakıda keçirilən ilk görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə bitib. 

Xəbər xətti