Komanda iki günlük istirahətdən sonra doğma məkanda toplaşdı
Premyer Liqanın ilk həftəsində səfərdə "Bakı"nı məğlub edən (2:1) "Qəbələ" bazar ertəsindən etibarən növbəti turun hazırlıqlarına start verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iki günlük istirahətdən sonra doğma məkanda toplaşan Yuri Syominin komandası gündəlik iki məşqlə ikinci turda baş tutacaq "Qəbələ" - "İnter" qarşılaşmasına hazırlaşır. İlk qarşılaşmada yer almayan futbolçular məşqlərə daha əvvəl - bazar günü başlayıb. "Bakı" ilə oyunda əldə olunan əzmkar qələbədən sonra çempionata uğuru start verən "qırmızı-qaralar"ın düşərgəsində yüksək əhval-ruhiyyə müşahidə olunur.
saytlarin hazirlanmasi