"Qarabağ" Sundsvallda

11:40 - 7 Avqust 2013

Komanda oyunun keçiriləcəyi meydanda sonuncu məşqinə çıxacaq
 
"Qarabağ artıq İsveçdədir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Avroliqanın III mərhələsində "Gefle"nin qonağı olacaq komanda dünən Bakı vaxtıyla 16:00-da Azərbaycanı tərk edərək Skandinaviyaya yollanıb. "Qarabağ" 5 saatlıq uçuşdan sonra oyunun keçiriləcəyi Sundsvall şəhərinə yetişib. Ardınca komanda məskunlaşacağı "Scandic Nord" otelinə yollanıb.
 
"Qarabağ" bu gün Bakı vaxtıyla 22:00-da (Yerli vaxtla 19:00) oyunun keçiriləcəyi meydanda sonuncu məşqinə çıxacaq. 

Xəbər xətti