Raul rəsmən "Simurq"da

14:33 - 7 Avqust 2013

Rumıniya çempionatının gümüş və bürünc mükafatçısı Zaqatala klubunda
 
Premyer Liqanın cari mövsümündə iddialı heyətlə gözəl nəticə qazanmağı qarşısına məqsəd qoyan "Simurq", daha bir futbolçu ilə rəsmi müqavilə bağlayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı Raul Kostin növbəti bir ildə komandanın şərəfəini qoruyacaq. Rumıniyalı yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində "30" nömərli forma ilə mübarizə aparacaq. 
 
Qeyd edək ki, Raul karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq. Bundan öncə o, ölkəsinin “Nasional”, “Sibiu”, “Mioveni” və "Vasluy" klublarında forma geyinib. Yeni transfer Rumıniya çempionatının gümüş və bürünc mükafatçısıdır. 

Xəbər xətti