Komandanın hazırlıqlarını klub rəhbərliyi də yaxından izlədi
Premyer Liqanın II turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Simurq" hazırlıqları davam etdirir.
Sportal.az xəbər verir ki, dünən axşam saatlarında növbəti məşqinə çıxan komanda, xüsusən taktiki ağırlıqlı təmrinlərdən ibarət çalışmaları yerinə yetirib. İsinmə hərəktlərindən sonra topla məşqə start verən Georgi Çixradzenin yetirmələri qısa ötürmələr və qapıya zərbələr üzərində məşq etdikdən sonra, hazırlığı ikitərəfli oyunla tamamlayıb.
Komandanın hazırlıqlarını klub rəhbərliyi də yaxından izləyib. "Sarı-qaralar" bu gün də bir məşqə çıxacaq. Avqustun 10-da isə Lənkərana yola düşəcək və son məşqini qarşılaşmanın oynanılacağı meydançada edəcək.
saytlarin hazirlanmasi